“1000 bərəkət, halal nemət”dən – - Reportaj + Fotolar

1000-bereket-halal-nemetden-
Oxunma sayı: 8737


Bir neçə gün bundan əvvəl “Qafqazinfo” da “1000 bərəkət, halal nemət” markasına aid olan məhsullardan birinin içərisindən qurd çıxması ilə bağlı xəbər yayılmışdı.  Həmin xəbər insanlar arasında  böyük təşvişə səbəb olub. Belə ki, ölkə əhalisinin əksəriyyəti gündəlik qida rasionunda kolbasa və sosiska məhsullarına üstünlük verir. 

Xəbərin yayılmasından az sonra şirkət rəhbəri Fəxrəddin Bəşirov saytımızla əlaqə saxlayaraq bunun qeyri-mümkün olduğunu bildirmişdi. F. Bəşirov istehsalat prosesi ilə yaxından tanış olmaq üçün saytın əməkdaşını da şirkətə dəvət etmişdi. 

Bu gün proseslə yaxından tanış olmaq üçün saytın əməkdaşı “1000 bərəkət, halal nemət” şirkətində olub. İki saat müddətində şirkətin məsul şəxsləri bütün istehsalat prosesi ilə əməkdaşımızı yaxından tanış edib. Aşağıda veriləcək şəkillərdən də bu prosesi əyani şəkildə görə biləcəksiniz. 

Qeyd edək ki, şirkətə aid olduğu iddia edilən sosiskanın içindən qurd çıxması xəbəri bütün şirkət rəhbərliyini və işçiləri narahat edib. “Səhliyalı” şirkətinin istehsalat müdiri Rafael Məmmədov bizimlə söhbətində bildirib ki, belə bir halın baş verməsi heç bir halda mümkün deyil. R. Məmmədov kolbasa məhsullarının istehsal prosesi haqda məlumat verib. Onun sözlərinə görə, kolbasa məhsulları ət, yağ, və karbohidratların vəhdətindən yaranmış bir məhsuldur: “Daxilində 72 dərəcə temperatur olmasa, onu hazır məhsul hesab etmək olmaz. Əvvəlcə bütün xammal yəni ət valçokdan (ətçəkən maşın) keçir. Maşının içində 3 setka, iki bıçaq var. Burda ət təyinatından asılı olaraq 2-3 mm xırdalıqda doğranır.  3 mm –dən artıq böyük hissə maşından keçə bilməz. Çəkmə prosesi -16 dərəcə selsiyə qədər davam edir.  Ət qiymə halını aldıqdan sonra qalan digər məhsullar toyuq əti, yağ da çəkilir. Ondan sonra məhsul qablaşdırılır. Bundan sonra məhsul kuter adlanan aparata verilir. Burda artıq qiymə farş vəziyyətinə gətirilir. Tutaq ki, farşın içində bir milçək varsa, aparatın içində onun gözü belə on hissəyə bölünəcək. 6 bıçaqdan ibarət aparat dəqiqədə 4800 dəfə dövr edir. Bu o deməkdir ki, bıçaqların kəsmə sürəti bir saniyədə 160 metrdir. Proses o vaxta qədər qədər davam edir ki, bütün məhsullar emosiativ hala gəlir. Bundan sonra kolbasalar kolbasa, sosiskalar isə sosiska örtüyünə gedir.  Bu proseslərdə temperatur 10-12 dərəcədən yuxarı qalxmır. Bütün bu qurğular hər hansı maneəni buraxmalıdır ki, nəticədə hər hansı həşərat gəlib məhsulun içinə girə bilsin. Bu isə prakltiki olaraq mümkün deyil. Örtüklər doldurulduqdan sonra məhsul peçə gedir. 72 dərəcə temperaturda bişir. Bu temperaturda bütün bakteriyalar ölür. Çıxarıldıqdan sonra isə intensiv soyutma kameralarına verilir”.

Qeyd edək ki şirkətin bütün standartlara cavab verən laboritayası da var. İstehsal olunan bütün məhsullar labaratoriya şəraitində yoxlanıldıqdan sonra satışa çıxarılır.