“Mercedes” yol kənarındakı tikiliyə çırpıldı - Yaralılar var - Fotolar

mercedes-yol-kenarindaki-tikiliye-cirpildi
Oxunma sayı: 260

Tovuz rayonunda qəza olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonunDondar Quşçu kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı tikiliyə çırpılıb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar dərhal təcili tibbi yardım vasitəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev