Azərbaycanda süni yağış yağdırıla bilər

azerbaycanda-suni-yagis-yagdirila-biler
Oxunma sayı: 3421

2025-2027-ci illərdə Azərbaycanda süni yağış texnologiyasının inkişafı ilə bağlı üç mərhələdə tədqiqatlar aparılacaq.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, 2025-ci ilin sonuna kimi süni yağış texnologiyasının texniki-iqtisadi əsaslandırılması və layihə sənədlərinin hazırlanması planlaşdırılır.

2026-cı ildə bu sahədə pilot layihə həyata keçiriləcək və müvafiq ərazilər müəyyənləşdiriləcək.

2027-ci ildə isə süni yağış texnologiyası üzrə ilk pilot layihənin icrası nəzərdə tutulur.