“Azərbaycanlılar Ukrayna uğrunda sona qədər mübarizə aparacaq”- - Bəyanat

azerbaycanlilar-ukrayna-ugrunda-sona-qeder-mubarize-aparacaq-
Oxunma sayı: 2649


Ukraynada, o cümlədən Krımda yaşayan minlərlə azərbaycanlı Rusiyanın həyata keçirdiyi işğalçılıq siyasəti ilə bağlı ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunması üçün əlindən gələni etməyə hazırdır.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, belə bir bəyanatla Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov çıxış edib:

“Hər kəsə məlumdur ki, martın 1-i Rusiya qoşunları Krım Muxtar Respublikasına daxil oldu və bu, hər kəs kimi bizi də çox narahat edir. Bunu xalqa hansısa yardım adlandırmaq olmaz. Necə deyərlər, hər şeyi öz adı ilə adlandırmaq lazımdır. Bunun adı işğalçılıqdır”. 

Bəyanatda həmçinin qeyd olunur ki, böyük əksəriyyəti rusdilli olan Ukrayna azərbaycanlıları bununla bağlı heç bir problem yaşamırlar və müdafiəyə ehtiyacları yoxdur: “Bəyan etmək istəyirəm ki, Ukraynada yaşayan və buranı öz vətəni hesab edən azərbaycanlılar Ukraynanın ərazi bütövlüyü uğrunda sona qədər mübarizə aparmağa hazırdır”.