Bakıda Avropanın ən böyük lüks mebel və interyer məkanı açıldı - Fotolar

bakida-avropanin-en-boyuk-luks-mebel-ve-interyer-mekani-acildi
Oxunma sayı: 19100

Bakıda öz miqyası və konsepsiyasına görə sözün əsil mənasında möhtəşəm sayıla biləcək Collezione Italia ekspozisiya məkanının açılışı baş tutdu.

25000 kv metr ərazidə yerləşən Collezione İtaliada Avropanın əfsanəvi mebel brendlərindən ibarət zəngin kolleksiya və dünyanın məşhur dizaynerlərinin interyer həlləri təqdim olunur. Belə ki, burada İlk dəfə “lüks” sinfinə mənsub 300-dən çox mebel fabriki eyni vaxtda, bir məkanda təmsil olunur. Bu mebellərin çoxu eksklüziv olaraq təqdim edilir. İnteryerlərin nümayişi isə orjinal formada öz həllini tapıb. Hər bir brendə bir neçə otaqdan ibarət fərdi şou- rum ayrılıb. Bu da qonaqlara “yüksək interyer moda”sının ab- havasını daha yaxından duymağa imkan yaradır.

Collezione İtalia mebel və interyer məkanının açılışında iştirak etmək üçün Bakıya İtaliya mebel sənayesinin liderləri- 100-dən çox birinci şəxslər: aparıcı mütəxəssislər, dizaynerlər gəlmişdilər. Bu sayda məşhur simaların iştirakına yalnız Milan, Paris, Frankfurt və Nyu York beynəlxalq sərgilərində rast gəlmək olar.

Beləliklə, Collezione İtalia mebel və interyer məkanının açılışı Bakı üçün təkcə biznes münasibətlərinin deyil, beynəlxalq və mədəni əlaqələrin inkişafı baxımından əhəmiyyətli hadisə oldu. Tədbirdə 1000-ə yaxın qonaq iştirak edirdi. Onların arasında Azərbaycanın tanınmış ziyalıları, incəsənət və şou-biznes aləminin məşhurları, memarlar, dizaynerlər, iş adamlarını görmək olardı.

Tədbiri İtaliyanın ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri Canpaolo Kutillo (Giampaolo Cutillo) açdı. Səfir çıxışında bu məkanın yaradılması münasibətilə hamını təbrik etdi. İtaliyaya ğöstərilən bu böyük marağa və yüksək qonaqpərvərliyə görə ölkəmizə təşəkkürünü bildirdi. O, Collezione Italia-nın əsil italyan keyfiyyəti, dəbdəbəsi və komfortunun parlaq təcəssümü olacağına ümid etdiyini vurğuladı.

Collezione Italia layihəsi qonaqlara məkanın təsisçiləri Qalib Məmmədov və Namiq İdrisov tərəfindən təqdim olundu. Onlar Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığa, biznesin inkişafına yaradılan gözəl imkanlardan danışdılar və əcnəbi qonaqlara Azərbaycanın biiznes və yatırım üçün ən əlverişli ölkələrdən biri ölduğunu qeyd etdilər.

Klassik muasiqinin sədaları altında qırmızı lentin kəsilməsi ilə başlayan tədbirdə qonaqları zəngin proqram gözləyirdi. “Collezinone İtalia”nın nəhəng miqyasını nəzərə alan təşkilatçılar qonaqların mebel və interyer məkanı ilə tam şəkildə tanış ola bilməsi üçün əsil ekskursiya marşrutları hazırlamışdılar. Bütün mərtəbələrdə qonaqlara müxtəlif fleşmoblar və bədii çıxışlar təqdim olunurdu. Belə ki, bir tərəfdə skripka sədalarının müşayəti ilə əsil italyan kofesi və şirniyyatları, başqa bir hissədə isə kokteyllər və desertlər təklif olunurdu. Əcnəbi qonaqların ən cox diqqətini 2-ci mərtəbədə yerləşən Azərbaycan güşəsi cəlb etdi. Burada milli musiqimiz muğamın sədaları altında qonaqlar məxbəximizin nümunələrindən, şirniyyatlarımızdan dada bildilər. Bir-birindən gözəl rəqslərimiz isə gecəyə xüsusi rəng qatdı. Milli guşədə məşhur Azərbaycan xalçalarından nümunələr, eləcə də qədim toxuculuq dəzgahı xüsusi marağa səbəb oldu.

Mətbəx mebellərinin yerləşdiyi mərtəbədə qonaqlara əsil italyan süfrəsi açılmışdı. Aşpaz geyimində olan rəqqasların orjinal rəqsləri, fortepianonun müşayəti ilə Azərbaycan və İtalyan operalarından ariyalar, simfonik kvartetin klassik və müasir janrda ifaları, di-ceyin təqdim etdiyi müasir musiqi qonaqlara özlərini fərqli, əsrarəngiz bir mühitdə- “Collezione İtalia” aləmində hiss etmək imkanı yaratdı.

Collezione Italia mebel və interyer məkanının təqdimatı çərçivəsində həm də Fəxriyyə Xələfovanın kolleksiyası nümunələrindən ibarət “İnteryerdə libaslar” adlı maraqlı sərgi təşkil edilmişdi. Ölkəmizdə ilk peşəkar rəssam-modelyer və moda məktəbinin yaradıcısı olan Fəxriyyə Xələfiovanın bənzərsiz geyim nümunələri interyerlərin müxtəlif nöqtələrindəki manekenlərin üzərində, şkaflarda, şou-romların qarderoblarda orjinal formada yerləşdirilmişdi. Axı İnteryer və moda bir-biri ilə sıx bağlıdır...Sərginin bu formada təşkili isə bir ilk idi...İndiyədək heç zaman və heç yerdə geyimlərin bu şəkildə nümayişi təşkil edilməmişdi. Bu sərgi memarlar, dizaynerlər və rəssamlar üçün Collezione İtalia mebel və interyer məkanının eksklüivliyini və yeni yaradıcılıq axtarışlarına daim açıq olduğunu bir daha göstərdi.

Collezione İtalia mebel və interyer məkanı ekspozisiyasının zənginliyi və rəngarəngliyi hamını heyrətləndirir. Burada alıcılara mebel və mətbəx nümunələri, santexnika məmulatları, bəzək materialları, oboylar, parketlər, qapılar, pəncərələr, pərdələr, işıqlandırma vasitələri, zəngin qab-qacaq dəstlərindən ibarət böyük kolleksiya və ev üçün aksesuarlar təklif edilir.

Bütün qonaqların həmişə bu brendlərlə yaxından tanış olmaq, hər birini interyerda görmək, onların dizayn və keyfiyyətini qiymətləndirmək imkanı var. Burada mebel modasının bütün üslub və trendləri: dəbdəbəli klassik barokkodan ekoloji minimalizm olan hay-tek tərzinədək bütün stillər təmsil olunur.

Beləliklə, artıq Collezione Italia- Mebel və interyer məkanının qapıları bütün qonaqların və alıcıların üzünə açıqdır. Collezione Italia Həsən Əliyev 139А ünvanında yerləşir.
Telefonlar: +99412 568 11 00 Mobil: +99450 228 11 00
www.collezioneitalia.az
E-mail: [email protected]