Bakıda növbə mədəniyyəti - Fotolar

bakida-novbe-medeniyyeti
Oxunma sayı: 11582

Koronavirus pandemiyası dövründə ən önəmli məsələ sosial məsafəyə əməl etməkdir.

"Qafqazinfo" xəbər verir ki, bu baxımdan Bakıda vətəndaşların sosial məsafəyə əməl edərək növbəyə dayanması diqqət çəkib.

Təqdim etdiyimiz görüntülər paytaxtın Nəsimi rayonu ərazisində ictimai obyektlərdən birinin qarşısında lentə alınıb. Polis əməkdaşlarının da növbəyə nəzarət etməsi diqqətdən qaçmayıb.

Fotolar: Pərvin Zeynal