Bayden və Şolts Yaxın Şərqdə baş verənləri müzakirə edib

bayden-ve-solts-yaxin-serqde-bas-verenleri-muzakire-edib
Oxunma sayı: 840

ABŞ Prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, rəsmilər Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

“Tərəflər bir sıra məsələləri, o cümlədən Ukraynaya yardım və Yaxın Şərqdəki cari hadisələri müzakirə edib”, - Ağ Evdən məlumat verilib.