Bazarda da SMS-li icazə yoxlanılır - Fotolar

bazarda-da-sms-li-icaze-yoxlanilir
Oxunma sayı: 5180

Məlum olduğu kimi, bu gündən etibarən ölkədə karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılır.

Amma vətəndaşların yumşalan karantin qaydalarına nəzarət etmək məqsədilə yoxlamalar davam edir. Bu gün Bakı Şəhər Baş Polis İdarəsi paytaxtın Sabunçu bazarı kimi tanınan obyektində reyd keçirib. 

Müştərilərin küçəyə çıxmasının əsası yoxlanılıb, onların icazə SMS-inə nəzarət edilib. 

Qeyd edilir ki, qaydaları pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilir, onlar qanunamüvafiq olaraq cərimə edilirlər.

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın sözügedən bazardan çəkdiyi fotoları təqdim edirik: