Beyonsedən Türkiyəyə jest - Video

beyonseden-turkiyeye-jest
Oxunma sayı: 6884

Dünya şöhrətli müğənni Beyonse Amsterdamda keçirdiyi konsertində Türkiyədəki hadisələrə reaksiya verib.

Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, ifaçı məşhur “Halo” mahnısını oxumazdan öncə “Bu ifa Türkiyədə həyatını itirən bütün şəxslərə gəlir”,- deyə bildirib.

Konsertin izləyiciləri arasında “Galatasaray”ın hollandiyalı ulduzu Wesley Sneijderin xanımı Yolanthe Cabau da olub. O, instagramdakı şəxsi hesabında videonu paylaşaraq “Gecənin ən gözəl anları. Türkiyədəki itirilmiş canlara həsr olunmuş bir mahnı. Təşəkkürlər Beyonce”- şərhini verib.