Heydər Əliyev olduğu kimi – Video

heyder-eliyev-oldugu-kimi-video
Oxunma sayı: 661

Bu gün Heydər Əliyevin vəfatının 8-ci ili tamam olur. “Qafqazinfo” H. Əliyevin ən maraqlı videokadrlarını və həmçinin onun tarixə düşən məşhur aforizmlərini təqdim edir:

“Heç kim əbədi qalib ola bilməz...”

“Kim ki, biliyindən, bacarığından artıq iddialar edir o, həmişə məğlub olur...”

“Ədalətsizliklə ədaləti bərpa etmək olmaz...”

“Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir”

“Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!”

“Ağıl olan yerdə zora ehtiyac yoxdur”

“Rüşvətxorluq bizi içimizdən yeyir”

“Vəzifədən ötrü yaşayan adamlar bədbəxt adamlardır”

“Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur”

“Həqiqəti gizlətmək, həqiqətin üstünü basdırmaq olmaz”

“Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır.
Tariximiz bizim üçün dərs olmalıdır”

“Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir”

“Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacağıq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq!”

“Quran-şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yolları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir”

“Hamı bir boyda ola bilməz, hamının eyni fikri ola bilməz. Fikir müxtəlifliyi təbii hadisədir”

“Quranı-Kərimin gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir”

“Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir”

“Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır. Gərək nəbzin Vətənin nəbzi ilə vursun”

“Tənqid həmişə işə kömək edir”

haydar-aliyev.flv