Binəli Yıldırım şəhid qardaşını qucaqlayıb ağladı - Foto

bineli-yildirim-sehid-qardasini-qucaqlayib-agladi
Oxunma sayı: 5410

Xəbər verdiyimiz kimi, mayın 19-da AK partiya yeni sədr və baş nazir namizədi olaraq nəqliyyat naziri Binəli Yıldırımı seçib.

Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Binəli Yıldırım Vanda PKK-çılarla vuruşda şəhid olan çavuş Özkür Qaranın cənazə mərasiminə qatılıb.

Yeni baş nazir şəhidin qardaşı Coşqun Qaranın əlini mərasim ərzində buraxmayıb. Şəhid qardaşı Yıldırımın çiyninə qısılaraq ağlayıb. B. Yıldırım da onu qucaqlayaraq təsəlli edib və ağlayıb.

Yeni baş nazirin bu səmimi davranışı mərasim iştirakçıları tərəfindən yüksək dəyərləndirilib.