“Bloomberg” səhvən “Rusiya Ukraynanı işğal etdi” xəbəri yaydı

bloomberg-sehven-rusiya-ukraynani-isgal-etdi-xeberi-yaydi
Oxunma sayı: 1988

ABŞ-ın nüfuzlu “Bloomberg” agentliyi cümə günü öz saytında səhvən "Rusiya Ukraynanı işğal etdi" başlıqlı xəbər dərc edib.

“Qafqazinfo” xəbər verir ki, daha sonra agentlik səhvini etiraf edib və həmin xəbəri silib.

"Biz müxtəlif ssenarilər üçün başlıqlar hazırlayırıq və "Rusiya Ukraynanı işğal etdi" başlığı təsadüfən saytımızda yerləşdirilib. Bu səhvə görə dərindən təəssüflənirik", - agentliyin açıqlamasında qeyd edilib.

Bildirilir ki, agentlik rəhbərliyi hadisənin səbəbini araşdırır.