Bu ölkədə ilk dəfə qadın prezident oldu - Gözəlliyi ilə gündəmdədir+Fotolar

bu-olkede-ilk-defe-qadin-prezident-oldu
Oxunma sayı: 9801

Vəkil Zuzana Çaputova Slovakiyada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, seçkilərə qatılmış 99,96% seçicinin 58,38%-nin səsini toplayıb. Çaputovanın rəqibi Maroş Şefçoviç isə 41,62% səslə məğlubiyyətlə barışıb.

Qeyd edək ki, Zuzana Çaputova Slovakiyanın ilk qadın prezidentidir. Onu rəqibi Şefçoviç, hazırkı prezident Andrey Kiska təbrik edib.

Çaputova prezident kimi vəzifəsinin icrasına iyunun 15-də Kiskanın səlahiyyət müddəti bitəndən sonra başlayacaq.

Qeyd edək ki, artıq sosial şəbəkələrdə 45 yaşlı Çaputovanın gözəlliyi ilə bağlı müzakirələr başlayıb. Sosial şəbəkə istifadəçiləri Slovakiyanın yeni prezidentinə tərif dolu sözlər yazırlar.