Cəmil Həsənli üçün 45 min imzanı kimlər yığacaq? - - Siyahı

cemil-hesenli-ucun-45-min-imzani-kimler-yigacaq-
Oxunma sayı: 3815


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahının rəhbəri Həsən Kərimov bildirib.

Onun sözlərinə görə, artıq imza vərəqələri rayonlara göndərilib: “ Bizim imza toplayacaq şəxslərimiz rayonlara ezam olunub. Bizə müraciət edən şəxslərə imza vərəqələri vermişik. Elə çox imza vərəqimiz qalmayıb. Müsavat və AXCP partiyalarının imza toplamaqda çox böyük təcrübəsi var. Bunun üçün hər iki partiyada  təcrübəli insanlar var”. 

Həsən Kərimov Milli Şuraya daxil olan digər partiyaların bu prosesdən kənarda qalmasında münasibət bildirib: 

“Biz bilirik ki, MSK-da imzalar siyasi sifarişlə yoxlanılacaq. Ona görə də bu məsələni bilən insanların üzərinə məsuliyyəti qoymuşuq. Kənarda qalanlar bizdən inciməsinlər. Bu məsələ böyük məsuliyyət tələb edir”.

Qeyd edək ki, Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahında 45 min imzanı toplamaq üçün  say da müəyyənləşdirilib

Müsavat - 21 min

AXCP - 21 min

KXCP - 1000

VHP - 1500

NİDA - 1000

ACP - 0

ALP - 0

EL - 0

Və başqaları: 0 imza...

Günel