Davudoğlunun 15 yaşlı qızı yarışdı - Fotolar

davudoglunun-15-yasli-qizi-yarisdi
Oxunma sayı: 7781

Türkiyə baş naziri Əhməd Davudoğlunun qızı Hacer Büke Davudoğlu Bolu şəhərində İzzət Baysal Universitetində keçirilən Litseylərarası Səmti Müəyyən Etmə qaçış oyunlarına qatılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ümumilikdə 229 iştirakçının olduğu yarışda 15 yaşlı qız 13 hədəfi xəritə və kompasın yardımı ilə 43 dəqiqə 27 saniyəyə tapıb. O, Türkiyə Çempionatında komanda üzvü olaraq iştirak edəcək.