Deputatların toxunulmazlığı ləğv edildi - Şok qərar

deputatlarin-toxunulmazligi-legv-edildi
Oxunma sayı: 7689

Türkiyədə uzun müddətdir müzakirələrə və mübahisələrə səbəb olan deputatların toxunulmazlıqlarının ləğv edilməsi təklifi referendumsuz qəbul edilib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində keçirilən toplantıda toxunulmazlığın ləğvi ilə bağlı konstitusiyaya dəyişiklik təklifi 376 səslə qəbul edilib.

Yeni qanuna əsasən, haqqında prokurorluq orqanları tərəfindən cinayət işi açılan 138 deputatın toxunulmazlıq hüququ aradan qalxır.

Qeyd edək ki, qəbul edilən qanundan sonra 41 HDP və 33 CHP millət vəkili barədə araşdırmalara başlanılacaq.

Aysel Kərimova