Dilarə Səlimova Əməkdar artistin yerinə gətirildi

dilare-selimova-emekdar-artistin-yerine-getirildi
Oxunma sayı: 7842

AzTV-də yeni kadr dəyişikliyi baş tutub. "Qafqazinfo" xəbər verir ki, tanınmış jurnalist Dilarə Səlimova televiziyanın mədəniyyət xəbərləri bölməsinə rəhbər təyin olunub. O, artıq vəzifəsinin icrasına başlayıb. 

Bundan əvvəl isə sözügedən postda Əməkdar artist, Azərbaycan televiziyasının ilk diktor-jurnalisti Gülşən Əkbərova olub.