Ebruya aldığı son hədiyyənin qiyməti 1 milyon imiş- - Foto

ebruya-aldigi-son-hediyyenin-qiymeti-1-milyon-imis-
Oxunma sayı: 4812


 “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ebru Gündəşə aldığı bahalı hədiyyələrlə tez-tez ölkənin maqazin gündəmində yer alan azərbaycanlı iş adamının son olaraq Nazmi Ziyanın dəyəri bir milyon əlli min lirə olan “Sənətçinin evi” rəsm əsərini həyat yoldaşına hədiyyə etdiyi deyilir. 

Rza Zərrab əsəri Ebru Gündəşə Yeni il hədiyyəsi olaraq bağışlayıb. 

Qeyd edək ki, iş adamı daha əvvəl müğənniyə 40 milyon lirəyə Kanlıcada yalı, 3 milyon 750 min lirəyə Sapphiredə ofis, 1 milyon avroya Bodrumda bağ evi, keçən il isə 960 min avroya “kralların avtomobili” hesab olunan “Rolls-Royce”un Phantom modelini hədiyyə etmişdi.