“El” nümayəndələrinə “lapatka” ilə hücum edilib - Yenilənib

el-numayendelerine-lapatka-ile-hucum-edilib-yenilenib
Oxunma sayı: 686

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müsavat partiyasının Lənkəran rayon təşkilatının sədri Yadigar Sadıqov məlumat verib. Yadigar Sadıqov "El" hərəkatının nümayəndələrinin məşhur Göyşaban dairəsində hücuma məruz qaldıqlarını qeyd edib. Təşkilat sədri hərəkat nümayəndələrindən neçə nəfərin rayona gəldiklərindən xəbərsiz olduğunu vurğulayıb: ”Mən görüşə qonaq kimi dəvət olunmuşam. Qonaqları qarşılayan isə başqa adamlardır. Biz bu gün 17:00-da görüşməliyik”.

***


"El" hərəkatının təsisçi üzvü Eldəniz Quliyev “Qafqazinfo” ya açıqlamasında Lənkəran rayonun 30-40 nəfərin onlara hücum etdiyini bildirib: ““EL” in Lənkəran rayon təşkilatının sədri Anar Sadıqovla birgə bura gəlmişdik. Hücum çəkənlərin əllərində “lapatka”, dəyənək var idi. Mənim də başıma dəyənək dəyib. Rayon icra başçısının birinci müavini İlkin Rəhimovun göstərişi ilə üzərimizə hücum çəkdilər. Hazırda biz Lənkəranı tərk edirik. Lənkəran-Masallı ərazisindəyik. Arxamızca 6 maşın və 1 avtobus bizi izləyir. “102” xidmətinə bir neçə dəfə zəng vurmuşuq. Deyiblər ki, əraziyə polis göndərəcəyik. Amma hələ də gəlib çıxmırlar”.

Günel