Əliyev Sarkisyanla görüşdü - Fotolar

eliyev-sarkisyanla-gorusdu
Oxunma sayı: 9503

Azərbaycan prezidenti İlham Əliyev Avstriyada rəsmi səfərdədir.

Qafqazinfo” TASS Agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı hazırda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini və Ermənistan prezidenti Serj Sarkisyanla görüş keçirir.

Moqerini hər iki ölkə prezidenti, XİN rəhbərləri, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrinin iştirakı ilə bağlı qapılar arxasında məsləhətləşmələr aparır.

Danışıqların əsas məzmunu Dağlıq Qarabağ problemi, məsələdən çıxış yolları, hazırda cəbhədə yaranmış gərgin vəziyyətdir.

Qeyd edək ki, bu görüşdə iştirak üçün Sarkisyan bu gün gündüz saatlarından Vyanaya uçub. Eyni zamanda bu saatlarda həmin şəhərdə ABŞ dövlət katibi Con Kerri və Rusiya XİN rəhbəri Sergey Lavrovun da görüşü baş tutub.

***

Azərtac xəbər verir ki, İlham Əliyevin Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub. Moqerininin Azərbaycana səfərinin yüksək səviyyədə keçdiyi qeyd edilib və səfərin yaxşı nəticələrinin olduğu bildirilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı anlaşma və etimad tədbirləri nəticəsində atəşkəs rejiminə riayət olunmasının vacibliyi vurğulanıb, bu ilin aprelin əvvəlində qoşunların təmas xəttində baş vermiş hadisələr müzakirə edilib.

***

Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü başa çatıb.