Ərdoğanla Putinin görüşü keçirildi - Video - Yenilənib

erdoganla-putinin-gorusu-kecirildi
Oxunma sayı: 2678

Çində Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında görüş keçirilir.

“Qafqazinfo” xəbər verir ki, görüşün görüntülərini Kreml yayıb.

Danışıqlar Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutur.

***

Tərəflər Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika da daxil olmaqla, bir neçə regional məsələ ətrafında fikir mübadiləsi aparıblar. 

Bununla yanaşı, Ərdoğan rusiyalı həmkarını Türkiyəyə səfərə dəvət edib.