“Qafqazinfo” xəbər verir ki, Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, fevralın 6-da saat 18.40-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.
Nəticədə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Quliyev Eşqin Firəddin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə əsgər Quliyev Eşqin Firəddin oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
"Qafqazinfo" xəbər verir ki, Eşqin Quliyev Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindəndir. O, bu gün sözügedən kəndin qəbristanlığında dəfn ediləcək.
Son xəbərlər
Son Xəbərlər