Evində sirkə içdi, öldü

evinde-sirke-icdi-oldu
Oxunma sayı: 2024

Bakıda 45 yaşlı kişi sirkə turşusu içərək ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

1979-cu il təvəllüdlü R.Məmmədov yaşadığı evdə sirkə turşusu içib. O, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılsa da, vəfat edib.

Faktla bağlı araşdırma aparılır.