Gənc qız özünü 9-cu mərtəbədən atdı - Bakıda+Video

genc-qiz-ozunu-9-cu-mertebeden-atdi
Oxunma sayı: 17150

Bakıda gənc qız intihar edib.

Yasamal RPİ 29-cu Polis Bölməsindən “Qafqazinfo”ya verilən məlumata görə, təxminən 1 saat öncə Şərifzadə küçəsində yerləşən yaşayış binalarından birində intihar hadisəsi baş verib.

Təxminən 20 yaşlarında olan qız özünü 9-cu mərtəbədən atıb və hadisə yerindəcə keçinib.

Hazırda polis əməkdaşları hadisə yerindədirlər. Mərhumun şəxsiyyəti müəyyənləşdirilir.

Murad Əhməd