Göygöldə qəzada 2 nəfər öldü - Yenilənib

goygolde-qezada-2-nefer-oldu
Oxunma sayı: 1987

Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki “VAZ” markalı minik maşını toqquşub. Qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

***

Göygöldə qəzada ölənlərin sayı ikiyə çatıb. Xəsarət alan şəxslərdən 1985-ci il təvəllüdlü Elimxan Şabanov vəfat edib.