Gürcüstan bu ölkədən zenit-raket kompleksləri alacaq

gurcustan-bu-olkeden-zenit-raket-kompleksleri-alacaq
Oxunma sayı: 2161

Gürcüstanın Müdafiə Nazirliyi Polşanın “MESKO SA” şirkəti ilə zenit-raket komplekslərinin alınmasına dair müqavilə imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb:

“Tərəflər NATO standartlarına uyğun silahların Gürcüstan üçün tətbiqinin vacibliyini də müzakirə ediblər ki, bu da ölkənin müdafiə qabiliyyətini gücləndirməyə kömək edəcək”.