Hakerlər aktrisanı şəkilləri ilə hədələyir

hakerler-aktrisani-sekilleri-ile-hedeleyir
Oxunma sayı: 5975

Türkiyəli aktrisa Zerrin Tekindor və oğlu Hira Tekindor da haker qurbanı olan məşhurlar karvanına qatılıb.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktrisanın bütün sosial şəbəkə hesabları haker hücumuna məruz qalıb.

Hakerlər Tekindorun “İnstagram” səhifəsində belə bir qeyd yazıb: “Zerrin Tekindora aid elektron poçt, Tvitter, İcloud və SSD kart hesabları haklanıb. Ssenarilər, şəxsi video və şəkillər paylaşılacaq”.