Həmin videodakı şəxs Bəhram Bağırzadə deyil - Açıqlama

hemin-videodaki-sexs-behram-bagirzade-deyil
Oxunma sayı: 9737

Mərkəzi Gömrük Hospitalı Bəhram Bağırzadəyə aid olduğu bildirilən görüntülərlə bağlı məlumat yayıb. 

Xəstəxananın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, videoda olan görüntülərin bu hospitala heç bir aidiyyəti yoxdur: “Bu video Mərkəzi Gömrük Hospitalında çəkilməyib”.  

Qeyd edək ki, Bəhram Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən müalicə olunduğu xəstəxanadan 13 iyun tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Xatırladaq ki, ötən gün xəstəxanada koronavirusdan əziyyət çəkən şəxsin görüntüləri yayılmışdı və onun B.Bağırzadə olduğu iddia edilirdi. 

***

TƏBİB-dən bildirilib ki, sözügedən videomaterialda hal-hazırda “Yeni Klinika” tibb müəssisəsində müalicə alan 1984-cü il təvəllüdlü vətəndaşın görüntüləri yer alıb: “B.Bağırzadə ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir”.