“Həyatımın kişisini tapdım...” - Fotolar

heyatimin-kisisini-tapdim
Oxunma sayı: 8259

Azərbaycanda fəaliyyət göstərən gürcü əsilli müğənni Suli şou-biznesə yenidən qayıdır.

Sənətçi “Qafqazinfo”ya səhnələrdən uzaq gəzməsinin səbəbini açıqlayıb.

Suli bildirib ki, həyatının kişisini tapıb, indi isə ikinci albomu üzərində çalışmaya başlayıb:

“Mən ikinci albomumun buraxılışına hazırlaşırdım. Düzünü desək, həmin vaxtlar kiçik əsəb sarsıntısı keçirdim, qərara gəldim ki, şou-biznesdən uzaqlaşım. Əslində isə mənə bir balaca istirahət lazım idi. Dincəldim və qərara gəldim ki, şou aləminə geri qayıdım. Ancaq İtaliyaya getdim, orada fotosessiyalara çəkildim. Daha sonra həyatımın kişisini tapdım, ərə getdim, indi isə səhnəyə qayıdıram. Təbii ki, bundan sonra hamilə oldum və uşaq dünyaya gətirdim.

Uşaq dünyaya gətirmək arzum idi, gözlərdən uzaq qalmaq qərarına gəldim. Uşaq və öz səhhətim üçün çox narahat idim. Bu, mənim ikinci uşağımdır. Övladımın 2 yaşı var. İndi , prinsipcə səhnəyə qayıtmağım mümkündür. Mən heç vaxt səhnəyə qalmaqallarla gəlməmişəm, açıq-saçıq səhnələrə də yer verməmişəm. Əvvəl necə başlamışamsa, elə də davam edəcəm”.

Fotolar: Nuran Məmmədov