İlan dərisindən tufli, 40 minlik çarter reysi - Timoşenkodan qalmaqal

ilan-derisinden-tufli-40-minlik-carter-reysi-
Oxunma sayı: 5035

Ukrayna xalq deputatı və “Batkovşina” partiyasının lideri Yuliya Timoşenkonun təqaüdçülərlə görüşü sosial şəbəkələrin əsas müzakirə mövzusu olub.

Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, Herson vilayətində təqaüdçülərlə görüşə Timoşenko ilan dərisindən olan GUCCİ ayaqqabıları və 40 minlik dəyəri olan çarter reysi ilə gedib.

Deputatın vətəndaşlara kommunal xidmətlərin azaldılması və kəndlərin inkişafı vədini verməsi isə sosial şəbəkə istifadəçiləri tərəfindən ironiya ilə qarşılanıb.