İlham Əliyevlə xanımı Türkiyədə - Fotolar + Yenilənib

ilham-eliyevle-xanimi-turkiyede
Oxunma sayı: 8246

Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyəyə işgüzar səfərə yola düşüb.

Qafqazinfo”nun virtualaz.org-a istinadən məlumatına görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Azərbaycan prezidenti İstanbulda keçiriləcək Ümumdünya Humanitar Sammitində iştirak edəcək. Tədbir mayın 23-24-də keçiriləcək.

Sammitdə BMT-nin baş katibi Pan Gi Mun və bir çox dünya liderləri də iştirak edəcəklər.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev axırıncı dəfə Türkiyəyə aprelin 13-də səfər etmiş və İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmişdi.

***

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dünya Humanitar Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gəliblər.

İstanbulun Atatürk Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıb.