İzmirdəki hücuma görə bir neçə İran vətəndaşı saxlanıldı

izmirdeki-hucuma-gore-bir-nece-iran-vetendasi-saxlanildi
Oxunma sayı: 2885

İzmirdə 2 polis məmurunun həlak olduğu silahlı hücumla bağlı saxlanılanlar var.

“Qafqazinfo” “TRT haber”ə istinadən xəbər verir ki, hücumla əlaqəsi olduğu bildirilən 9 şübhəli nəzarətə götürülüb.

Məlumata görə, hücumu törədən 16 yaşlı E.B.-nin evindən mobil telefonu və kompüteri götürülüb.

Şübhəlinin internet və mobil telefon əlaqəsini yoxlamaq üçün xüsusi qrup yaradılıb.

Saxlanılanlar arasında İran vətəndaşlarının olduğu qeyd edilib.