Kamil Şahverdiyev işdən çıxarıldı - Yenilənib

kamil-sahverdiyev-isden-cixarildi
Oxunma sayı: 10798

Uzun illərdir “Space” TV-də icraçı direktor vəzifəsində çalışan Kamil Şahverdiyev işdən çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu gün kollektivlə vidalaşıb.

Qeyd edək ki, Kamil Şahverdiyev Rəşid Behbudov Fondunun direktorudur.

Xatırladaq ki, “Space” teleradio şirkətinə ötən ay yeni rəhbər təyin olunub. Bu vəzifəyə Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov təyinat alıb.

***

Kamil Şahverdiyev sosial şəbəkədə işdən ayrılması ilə bağlı paylaşım edərək kanalın rəhbərliyinə və kollektivə uğurlar arzulayıb: 

"15 il çalışdığım "Space" teleradio şirkətindən ayrıldım. Mənə verilmiş bu imkana görə kanalın təsisçisinə dərin təşəkkürümü bildirirəm.

Kollektivin hər bir üzvünün əlini sıxıb onlara və yeni rəhbər Müşfiq Hətəmova bu çətin və məsuliyyətli işdə uğurlar arzu edirəm!".