Keçmiş hərbçi MN-in qarşısında damarlarını doğradı- - Yenilənib

kecmis-herbci-mn-in-qarsisinda-damarlarini-dogradi-
Oxunma sayı: 3021


“Qafqazinfo” xəbər verir ki, Paytaxtın Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə parlament prospekti 3 ünvanında, Azərbaycan Müdafiə Nazirliyinin binası qarşısında baş verib.

Bakı şəhər sakini, keçmiş hərbçi, 1972-ci il təvəllüdlü Alim Məhəmməd oğlu Əhmədov Müdafiə Nazirliyinin qarşısında sol qolunun damarlarını doğrayıb.

A. Əhmədov ayağında şiş olduğu üçün Müdafiə Nazirliyinə qəbula gəlib, lakin onu heç kim qəbul  etmədiyinə görə özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

***

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləməyiblər.