Körpəsini dünyaya gətirmək üçün İngiltərəyə getdi

korpesini-dunyaya-getirmek-ucun-ingiltereye-getdi
Oxunma sayı: 4691

Türkiyənin məşhur aktrisası Aslı Enver körpəsini dünyaya gətirmək üçün ölkədən gedib.

“Qafqazinfo” “Ensonhaber”ə istinadən xəbər verir ki, İngiltərədə doğulub böyüyən aktrisa qızını Londonda dünyaya gətirməyi planlaşdırır.

Təxminən altı aylıq hamilə olan Enver hazırlıq üçün İngiltərəyə gedib.

Məlumata görə, aktrisa bu müddət ərzində İngiltərədə ailəsinə məxsus mənzildə qalacaq.

Qeyd edək ki, 38 yaşlı A.Enver ötən ilin noyabrında iş adamı Berkin Gökbudakla anidən evlənib. Məlumata görə, evliliyin təcili olmasının və hamıdan gizlədilməsinin səbəblərindən biri də hamiləlik olub.