Leyla Əliyeva uşaqlarla rəqs etdi - - Fotolar

leyla-eliyeva-usaqlarla-reqs-etdi-
Oxunma sayı: 5783


"Qafqazinfo"  xəbər verir ki, ilaxır çərşənbəsi günündə təşkil olunmuş bayram şənliyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbirdə Novruz bayramı münasibətilə şou proqram təqdim olunub. Uşaqlara Novruz bayramının adət-ənənələri barədə məlumat verilmiş, viktorina və müxtəlif oyunlar keçirilib.

Konsert proqramı ilə davam etdirilən tədbirin sonunda uşaqlara hədiyyələr paylanılıb.