Mehriban Əliyeva “İçərişəhər”də - “Qala divarlarını heç nə bağlamamalıdır”

mehriban-eliyeva-iceriseherde
Oxunma sayı: 6077

Birinci vitse-prezident Mehriban Əliyeva bu gün “İçərişəhər”də olub.

“Qafqazinfo” “BBC Azərbaycanca”ya istinadən xəbər verir ki, Mehriban Əliyeva Qala divarları yaxınlığında aparılan işlərlə yerində tanış olub.

"İçərişəhərdə, qala divarlarının yanında indiyə qədər olan obyektlər hansı hündürlükdə idisə, o vəziyyətdə də olmalıdır", Birinci vitse-prezident Mehriban Əliyeva bildirib.

Birinci vitse-prezident bildirib ki, İçərişəhər hər zaman sakinlər və turistlər üçün populyar yer olub, yalnız yararsız vəziyyətə gələn binaların yenidən bərpası həyata keçirilib.

O vurğulayıb ki, İçərişəhərin "hər qalası, divarı, hər bir daşı dövlətin" diqqətindədir: "Vaxt vardı ki, İçərişəhər məhz burda olan nöqsanlara görə, UNESKO-nun qara siyahısına salınmışdı. Ondan sonra bir çox tədbirlər həyata keçirildi, xarici ekspertlər dəvət olundu, onların rəyini aldıq, onların dəstəyi ilə bütün nöqsanları aradan qaldırdıq".