Mərkəzi Bank 200 milyonluq hərrac keçirəcək

merkezi-bank-200-milyonluq-herrac-kecirecek
Oxunma sayı: 1868

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat yayıb. 

“Qafqazinfo” xəbər verir ki, hərrac 8 iyunda baş tutacaq. Hərrac “Blumberq” ticarət sistemi platforması üzərindən keçirilir.

Məbləğ 200 000 000 (iki yüz milyon) manatdır. Faiz dərəcəsi isə  6,76% - 7,24% arasında nəzərdə tutulub.