Məşhur aktyorun qızı ölü tapıldı

meshur-aktyorun-qizi-olu-tapildi
Oxunma sayı: 1047

Məşhur amerikalı aktyor Tommi Li Consun qızı Viktoriya Cons vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “TMZ” yayıb.

Bildirilib ki, 34 yaşlı Viktoriyanın cəsədi yanvarın 1-nə keçən gecə “Fairmont San Francisco” hotelinin dəhlizində tapılıb. 

Polis hazırda həmin şəxsin kimliyinin rəsmi təsdiqlənməsi üçün məhkəmə-tibbi ekspertizanın rəyini gözləyir.

Aktyorun qızının ölüm səbəbi də açıqlanmayıb. 

Qeyd edək ki, Viktoriya Tommi Li Cons və onun ikinci həyat yoldaşı Kimberli Klaflinin qızıdır. O, hələ uşaq olarkən bir neçə filmdə rol alıb. Bunlar arasında aktyorun özünün də çəkildiyi “Qara geyimli adamlar 2” filmi də var.