Meyiti tapılan tibb bacısının ekspertiza rəyi açıqlandı

meyiti-tapilan-tibb-bacisinin-ekspertiza-reyi-aciqlandi
Oxunma sayı: 6542

Aprelin 13-də Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının tibb bacısı, 1957-ci il təvəllüdlü Şəhla Həsənovanın evində meyiti tapılıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, Ş.Həsənova xəstəxananın əməliyyat blokunda işləyib. İlkin istintaq zamanı onun həm dəm qazından zəhərlənmə, həm ürək-damar çatışmazlığı, həm də koronavirus nəticəsində ölməsi ehtimalları müəyyən olunub. Meyitin daxili və xarici müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin olunub. 

Aprelin 21-də ekspertin rəyindən məlum olub ki, Şəhla Həsənovanın meyitindən götürülmüş qan analizinin məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanından karboksihemoqlobin aşkar edilib. Belə ki, tibb bacısı Ş. Həsənova dəm qazından zəhərlənərək öldüyü müəyyən olunub. 

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Murad Əhməd