Nikahdankənar qızı oldu - Fotolar

nikahdankenar-qizi-oldu
Oxunma sayı: 5305

Amerikalı məşhur aktrisa Liv Tyler ana olub.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı aktrisa sevgilisi David Gardnerdən nikahdankənar qız övladı dünyaya dəyirib. 

Cütlük körpəyə Lula Rose Gardner adını verib. 

Liv instaqram hesabından paylaşdığı fotoya "Gözəl qızımız nəhayət dünyaya gəldi. Çox xoşbəxtik, ürəyimiz sevgidən partlayacaq",- şərhini yazıb. 

Xatırladaq ki, "Aerosmith" qrupunun solisti Steven Tylerin qızı olan Livin Royston Langdondan dünyaya gələn 11 yaşlı oğlu var.