Nikol Kidman məşhur ulduzla sevgilidir?

nikol-kidman-meshur-ulduzla-sevgilidir
Oxunma sayı: 1689

Xəbər verdiyimiz kimi, məşhur amerikalı aktrisa Nikol Kidman 19 illik evlilikdən sonra əri Keyt Urbandan boşanmaq üzrədir.

“Qafqazinfo” “Radar Online”a istinadən xəbər verir ki, ötən ilin sentyabr ayında boşanmaq üçün ərizə verən Kidmanın aktyor Rassel Krou ilə sevgili olması barədə şaiyələr yayılıb. 

Hələ gənclik illərindən tanış olan və hətta “Silinmiş şəxsiyyət” filmində ər-arvad rolunu canlandıran Krou və Kidman arasında mövcud dostluq münasibətlərinin sevgi münasibətlərinə çevrildiyi iddia olunur. 

Məlumata görə, onlar demək olar ki, hər gün zəngləşir və birlikdə qəhvə içməyə gedirlər.

Bütün bunlar ulduzların münasibətlərinin romantik təbiəti ilə bağlı şayiələrin yayılmasına səbəb olub. Qeyd etmək lazımdır ki, Rassel Krou altı ildir ki, Britni Terio ilə münasibətdədir. Terionun partnyorunun Nikol ilə dostluğundan ciddi şəkildə narahat olduğu bildirilir.  Kidman isə Krou ilə aralarında hər hansı sevgi münasibətlərinin olmasını inkar edir.