Oqtay Əsədov Azərbaycanın Ukrayna və Rusiya ilə bağlı mövqeyini açıqladı- - Video

oqtay-esedov-azerbaycanin-ukrayna-ve-rusiya-ile-bagli-movqeyini-aciqladi-
Oxunma sayı: 3045


Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov parlamentdə Ukraynaya yardım edilməsi ilə bağlı məsələ qaldıran deputatlara irad bildirib:“Hər iki ölkə qardaş ölkədir. Öz aralarında olan problemdir. Azərbaycanın mövqeyi budur ki, hər bir ölkənin müstəqilliyi qorunsun. Ukraynada 300 minə yaxın, Rusiyada 2 milyona yaxın azərbaycanlı, yaşayır”. 

Oqtay Əsədov deputat Etibar Hüseynova  xüsusi irad tutub: “Tormozunuz olsun. Bele məslələri təkrar-təkrar danışmayın. Səviyyəli söhbətlər edin”. 

 Publika.Az xəbər verir ki, iclası açan spiker Oqtay Əsədov millət vəkillərinə xəbərdarlıq edib. Spiker deputatları gündəliyə münasibət bildirməyə səsləyib. Daha sonra o, əlavə müzakirələrə ehtiyac olub-olmadığını soruşub və deyib ki, qəzet səhifələrində gedən məsələləri Milli Məclisdə müzakirə obyektinə çevirməsinlər.

 O, deyib ki, son vaxtlar Milli Məclisin iclası polemikaların, dedi-qoduların meydanına çevrilib: “Buna son qoyun və qaydalara əməl edin. Bura mübahisə, intriqa və polemika meydanı deyil”.

 Daha sonra millət vəkillərinin çıxışlarına yer verilib.