Çovğundan da betərdi
axirət dünyasında ömür
artıq yoxdur uçub getdi günahlar -
hönkür-hönkür ağlayaraq
yanağımdan öpüş aldı qar
Gecəniz xeyrə qalsın
Gecə gündüzdən vacibdi
amma kiməsə elə gələ bilər ki,
bunlar tam tərsinədi
çünki məhz hüznlü gecələrdə öz bədənimizdən ayrılıb
Allahın olub-olmadığını anlaya bilərik
ətrafa sakitlik çökəndə
dua da avazlı səslənir – duanın səsi kəsiləndə
gecənin qulaqları həmişə təəccüblə yığılır
biri-birinə yapışan
iki fıstıq tumu kimi
və hər zaman yada salır
adam adamdan
gecə hamilə qalır
hay-küylü gün susub
vaxtsa dovşan kimi qaçır
gecə işıqdan qaradı –
sevişin. Gecəniz xeyrə qalsın
***
Ayaqlarının səsi pilləkənlərdə həmişəlik
qalacaq -
Ay və ayna qaranlıqda yox olmur - ikiləşir,
üçləşir -
kimsə çıxar - qəfildən eşidər buz kimi
suyun aydın səsini,
mənim həyatımın mənası, ay, güzgü
və ayaq səslərinin qarşısında açılır...
Darıxan ürək daha dərin olur -
ibadət içində -
özümü öz kölgəmə bürüyəcəm və özümlə
başqalarını da qəm-qüssəyə qərq edəcəm -
məni axşam ibadətində görəcəksiz anlayacaqsız
qəlbimi -
onda, sizə cavab verməyəcəm - onda
sizə qayıtmayacam.
Tərcümə edəni: Rəfail Tağızadə
Son xəbərlər
Son Xəbərlər