NATO Polşanın müraciəti əsasında Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini tətbiq edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Polsat” telekanalına Polşa hökumətinin mətbuat katibi Adam Şlapka açıqlayıb.
Bildirilib ki, NATO Polşa ərazisinə pilotsuz uçuş aparatlarının daxil olması ilə bağlı məsləhətləşmələrə başlayıb.
Qeyd edək ki, müqavilənin 4-cü maddəsi tərəflərdən birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və yaxud təhlükəsizliyi təhdidlə üzləşərsə digər tərəflərin bir-biri ilə məsləhətləşmələr aparmasını nəzərdə tutur.
Xatırladaq ki, bu gecə bir neçə pilotsuz uçuş aparatı Polşanın hava məkanına daxil olub. Ölkənin Baş naziri Donald Tusk həmin dronların Rusiyaya məxsus olduğunu bildirib. Onun sözlərinə görə, Polşanın hava məkanına daxil olan 19 drondan 3-ü zərərsizləşdirilib.
Son xəbərlər
Son Xəbərlər