Prezidentdən günün 2-ci rektor - Təyinatı

prezidentden-gunun-2-ci-rektor
Oxunma sayı: 15535

Bakı Slavyan Universitetinə yeni rektor təyin olunub.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, yeni rektor indiyə qədər Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru olmuş Nurlana Əliyevadır.

N. Əliyeva bu gün təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə kollektivə təqdim edilib.

Bu təyinata qədər Bakı Slavyan Univeristetinin rektoru Asif Hacıyev idi. O, 2014-cü ildə Kamal Abdullanı əvəzləyərək bu posta təyin olunmuşdu.

Bununla bağlı prezident İlham Əliyevin imzaladığı sərəncam artıq dərc olunub.