“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, fransız şirkəti tərəfindən çəkilən reklamda polis yanındakı həmkarına “Bəhsə girərəm ki, mən bu silahı barmağımda bir “kovboy” kimi tam 3 dəfə çevirə bilərəm”deyərək iddiaya girir. Daha sonra havaya atəş açılır, güllə keçmiş prezident Con Kennediyə dəyir. Xanımı Jaklin Kennedi isə üstü açıq maşının üzərinə çıxır, bu anda bir agent ona qarşı yönəlir.
Polislər səhvən prezidenti vurduqlarını görüb “Atəş burdan gəldi, dördüncü mərtəbə! Xeyr, altıncı mərtəbə!” deyə bağırırlar. Reklam “Bəhsə girməyi sevirsən?!” yazısı ilə bitir.
Son xəbərlər
Son Xəbərlər