Putin Ərdoğanın dəvətini qəbul etdi

putin-erdoganin-devetini-qebul-etdi
Oxunma sayı: 3320

“Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfər etməklə bağlı dəvətini qəbul edib”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin prezidentlərin qrafiki və epidemioloji vəziyyət imkan verən kimi Türkiyəyə səfər edəcək. 

Xatırladaq ki, Ərdoğan NTV kanalına müsahibəsində rusiyalı həmkarı Vladimir Putini Türkiyəyə dəvət etdiyini demişdi