“Qarabağ”a ciddi yanaşmalıyıq” - Stanisiç

qarabaga-ciddi-yanasmaliyiq
Oxunma sayı: 1774

“Biz hər bir halda hazırıq, fokuslanmışıq. Bilirik ki, sabah nəsə düz getməsə, şansımızı itirmiş oluruq. Ona görə də vacib matçdır. Biz gözləyirik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Almaniyanın “Bayer” (Leverkuzen) klubunun futbolçusu Yosip Stanisiç deyib.

Xorvat futbolçu sabah Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşündə “Qarabağ”a qarşı oynayacaqları matçdan danışıb. Daha sonra Stanisiç sualları cavablandırıb:

“Avropa Liqasında çalışmışıq ki, əlimizdən gələni edək. Bütün matçlara eyni cür hazırlaşırıq. Biz bir komandayıq, heyətimiz olmadan heç nə qazana bilmərik”.

Xorvat futbolçu “Qarabağ”la ilk oyunun çətin keçdiyini bildirib: “Biz rəqiblərin zəif olduğunu düşünmürük. Bakıdakı matç çətin keçmişdi. Sabah da bizi ağır oyun gözləyir. Düşünürəm ki, ciddi yanaşmalı, ciddi hazırlaşmalıyıq”.