Qəzada ölən ana və iki azyaşlı uşağının adı məlum oldu - Yenilənib

qezada-olen-ana-ve-iki-azyasli-usaginin-adi-melum-oldu
Oxunma sayı: 13651

Bu gün saat 17:00 radələrində Xətai rayonu ərazisində 3 şəxsin - 35-40 yaşlarında şəxsiyyəti hələlik istintaqa məlum olmayan qadın və onun 3, 5 yaşlarında olan övladlarının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo”nun Bakı Şəhər Baş Polis İdarəsi və prokurorluğun birgə yaydığı məlumata istinadən verdiyi məlumata görə, ilkin araşdırmalar zamanı müəyyən edilib ki, həmin hadisəni törədən 1989-cu il təvəllüdlü Orxan Heydərovdur. O hadisəni idarə etdiyi "Chevrolet" markalı, 10 PV 731 dövlət nömrə nişanlı avtomaşınla törədib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb. O. Heydərov həmin cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

***

Daxili İşlər Nazirliyi dünənki dəhşətli qəza ilə bağlı açıqlama yayıb. “Qafqazinfo”ya verilən məlumata görə, hadisə iyulun 15-də saat 17 radələrində Xətai rayonunun Nobel prospektində qeydə alınıb.

Bakı şəhər sakini Orxan Heydərov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Sənubər Qarayevanı, azyaşlı oğlu Mehini və azyaşlı qızı Mələyi vurub.